
Türkiyənin voleybol üzrə qadınlardan ibarət yığması ötən gecə ABŞ-ni 3:1 hesabı ilə məğlub edərək dünya çempionatında yarımfinala yüksəliblər.
Sportinfo.az xəbər verir ki, oyun bitdikdən sonra Banqkok azarkeşləri “Filenin sultanları”nı coşqu ilə qarşılayıb.
Onlar imza üçün saatlarla voleybolçuları gözləyiblər. Banqkok tərəfdarlarının Türkiyə yığmasının qızlarına azarkeşlik etməsi isə xoş qarşılanıb.
“Filenin sultanları” tarixində ilk dəfə bu uğura imza atıblar. Onlar növbəti dəfə sentyabrın 6-sı Yaponiya yığması ilə qarşılaşacaq.
Sözügedən görüntüləri təqdim edirik: