
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Gürcüstanla oyundan (3:2) sonra maraqlı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, o, millinin baş məşqçisi Vinçenzo Montellaya Türkiyə vətəndaşlığı veriləcəyini bildirib.
“Vinçenzo Montellanı ən qısa zamanda Türkiyə vətəndaşı edəcəyik”, - deyə İ. Hacıosmanoğlu əlavə edib.
İtalyan məşqçi 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi təyin olunub.
O, yığma ilə ümumilikdə 24 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 13 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.