“Qarabağ”ın rəqibinin hücumçusu ilə maraqlanır - Türkiyənin 2 klubu

00:10 Türkiyə 126
“Qarabağ”ın rəqibinin hücumçusu ilə maraqlanır - Türkiyənin 2 klubu

“Kopenhagen”in hücumçusu German Onuqa Danimarka çempionatından Türkiyə Super Liqasına keçə bilər.

Sportinfo.az “Legalbet”-ə istinadən xəbər verir ki, adı açıqlanmayan iki klub 29 yaşlı forvardla maraqlanır.

Türklər Onuqaya ildə 850 min avro ödəməyə hazırdır.

Onun Danimarka klubu ilə hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Onuqa ötən mövsüm 28 oyun keçirib, 13 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Kopenhagen” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR
5 Sentyabr 03:50 "Lənkəran"dan transfer