
“Qalatasaray”ın vingeri Leroy Sane həmyerlisi İlkay Gündoğanın İstanbul klubuna transferinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, Sane sosial şəbəkədə paylaşdığı mesajda belə yazıb:
“Qardaş, xoş gəlmisən “Qalatasaray”a. Yenidən birlikdəyik!”
Sane və Gündoğan daha əvvəl “Mançester Siti”də bir yerdə çıxış ediblər. 3
4 yaşlı yarımmüdafiəçi “Qalatasaray”a sərbəst agent kimi keçib və iki illik müqavilə imzalayıb. Onun bazar dəyəri təxminən 5 milyon avro qiymətləndirilir.
Almaniyalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 33 oyunda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.