Klub prezidentinin mühafizəçisi jurnalistə yumruq atdı, iki nazir işə qarışdı - VİDEO

30 Oktyabr 2024 03:40 Türkiyə 647
Klub prezidentinin mühafizəçisi jurnalistə yumruq atdı, iki nazir işə qarışdı - VİDEO

“Qalatasaray” – “Beşiktaş” derbisindən sonra qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, “Beşiktaş” klubunun prezidenti Hasan Aratın mühafizəçisi Sezgin Gülnar “A Spor” müxbiri Emre Kaplana hücum edib.

Burnundan zərbə alan Kaplan xəstəxanaya aparılıb. Jurnalist ona yumruq atan şəxsdən şikayətçi olub.

Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak məsələyə münasibət bildirib:

“İdman müxbiri Emre Kaplana edilən hücumu qınayıram. İdman olan yerdə şiddətdən söz gedə bilməz.

Formasından, gerbindən, rəngindən asılı olmayaraq hər kəsi sağlam düşüncəyə dəvət edirəm. Müxbir dostumuza tezliklə sağalmasını arzulayıram”.

Ədliyyə naziri Yılmaz Tunç da məsələ ilə bağlı sosial media hesabında açıqlama yayıb.

“Qalatasaray” – “Beşiktaş” matçından sonra fiziki hücuma məruz qalan “A Spor”un müxbiri Emre Kaplana keçmiş olsun diləklərimi çatdırıram.

Hücumla bağlı İstanbul Respublika Prokurorluğu tərəfindən məhkəmə istintaqı başlayıb. İdman dostluq və qardaşlıqdır.

İdmanın hər cür zorakılıqla gündəmə gətirilməsi qəbuledilməzdir. Bunu qınayıram və ümid edirəm ki, bir daha belə hadisələr baş verməyəcək”, - nazir bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”