Türkiyə millisindən kənarlaşdırıldı - "Qalatasaray"ın futbolçuları

9 Sentyabr 22:00 Türkiyə 2 081
Türkiyə millisindən kənarlaşdırıldı -

İki futbolçu Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, "Qalatasaray"ın oyunçuları Kerem Aktürkoğlu və Abdulkerim Bardakçı "ay-ulduzlular"ın düşərgəsini tərk edib.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kerem Aktürkoğlu dünən Avro-2024-ün seçmə mərhələsinin Ermənistanla matçında zədələnib. Bardakçı isə ailə vəziyyəti ilə bağlı millidən ayrılıb.

Türkiyə yığması sentyabrın 12-də Belçikada Yaponiya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."