"Qalatasaray" vingerini italiya klubuna icarəyə verdi

6 Avqust 2022 00:20 Türkiyə 376
"Qalatasaray" vingerini italiya klubuna icarəyə verdi

"Qalatasaray" bir futbolçusunu icarəyə verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Olimpiu Morutanı İtaliyaya göndərib. Rumıniyalı vinger 2022/2023 mövsümünü icarə əsasında "Piza"da keçirəcək.

B Seriyası təmsilçisi 1 illik icarəyə görə "sarı-qırmızılar"a 150 min avro ödəyəcək. "Piza" A Seriyasına vəsiqə qazansa, 5,5 milyon avroluq məcburi satınalma maddəsindən istifadə etməlidir.

Olimpiu Morutan "Qalatasaray"a 2021-ci ilin yayında FCSB-dan 3,5 milyon avroya transfer olunub. O, "aslanlar"ın heyətində meydana çıxdığı 26 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"