"Beşiktaş" Premyer Liqadan müdafiəçi aldı

3 Avqust 2022 10:00 Türkiyə 384
"Beşiktaş" Premyer Liqadan müdafiəçi aldı

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Superliqa təmsilçisi “Vest Hem”dən Artur Masuakunu transfer edib.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçunun 2022/23 mövsümünün sonunadək icarə əsasında “Beşiktaş”da çıxış edəcəyi bildirilib.

Konqolu müdafiəçi 2016-cı ildən “Vest Hem”də çıxış edir. O, daha əvvəl “Valensyen” və “Olimpiakos”da da oynayıb

Digər Xəbərlər
Xəbər Lenti