“Beşiktaş”dan ayrıldı, 3-cü liqa klubu ilə müqavilə bağladı

2 Avqust 2022 00:20 Türkiyə 516
“Beşiktaş”dan ayrıldı, 3-cü liqa klubu ilə müqavilə bağladı

Bu yay “Beşiktaş”dan ayrılan niderlandlı yarımmüdafiəçi Cermeyn Lens özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı vinger bundan sonra karyerasını Fransanın 3-cü liqa təmsilçisi “Versal”da davam etdirəcək.

Bu barədə futbolçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Lens karyerası ərzində “Alkmaar”, “Neymegen”, PSV, “Dinamo” (Kiyev), “Sanderlend”, “Fənərbaxça” və “Fatih Karagümrük”ün də formasını geyinib.

O, 2018-ci ildən çıxış etdiyi “Beşiktaş”da 101 oyuna 12 qol və 20 məhsuldar ötürmə müəllifi olub. Lens Niderland yığmasında 34 oyuna 8 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!