“Qalatasaray”ın növbəti transferi fransız müdafiəçi oldu

22 İyul 2022 12:20 Türkiyə 822
“Qalatasaray”ın növbəti transferi fransız müdafiəçi oldu

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Olimpik”in (Lion) müdafiəçisi Leo Dubanı transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı fransız futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Qalatasaray” bu transfer üçün “Olimpik”ə 2.5 milyon avro ödəyəcək.

Leo Duba Fransanın “Nant” klubunun yetirməsidir. O, 2018-ci ildən “Olimpik”də oynayırdı. Müdafiəçi bu komandada ümumilikdə 129 oyuna çıxıb, 5 qola imza atıb.

Fransa yığmasının da üzvü olan futbolçu, millidə 13 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!