"Qalatasaray"ın növbəti transferi - "Lion"dan müdafiəçi

20 İyul 2022 22:00 Türkiyə 695
"Qalatasaray"ın növbəti transferi - "Lion"dan müdafiəçi

"Qalatasaray" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılar" "Lion"un sağ cinah müdafiəçisi Leo Dyuba ilə razılıq əldə edib.

Türkiyə mətbuatının yazdığına görə, 27 yaşlı futbolçu bu gecə İstanbula gedərək "cim bom"la 4 illik müqavilə imzalayacaq.

"Qalatsaray" fransalı oyunçu üçün "Lion"a 3 milyon avro ödəyəcək. Təcrübəli futbolçu Super Liqa klubunda illik 1,3 milyon avro maaş alacaq.

Leo Dyuba 2018-ci ilin yayından "Lion"da çıxış edir. O, son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 28 matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti