"Qalatasaray" qalmaqallı hücumçusunu icarəyə verdi

17 İyul 2022 00:20 Türkiyə 833
"Qalatasaray" qalmaqallı hücumçusunu icarəyə verdi

"Qalatasaray"da ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılar" Mbaye Dianı "Fatih Karagümrük"ə icarəyə verib. Bu barədə yerli mətbuat məlumat yayıb.

30 yaşlı forvard "Qalatasaray"ın Avstriya toplanışını tərk edərək, yeni klubu ilə müqavilə imzalamaq üçün İstanbula gedib.

Seneqallı hücumçunun maaşının yarısını "cim bom", yarısını isə "Fatih Karagümrük" ödəyəcək.

Mbaye Dian "Qalatasaray"a 2019-cu ilin yanvar ayında "Kasımpaşa"dan transfer olunub.

Təcrübəli qolçu son mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!