Emre Belezoğlu Azərbaycan yığmasının müdafiəçisindən imtina etdi

14 İyul 2022 14:00 Türkiyə 3 182
Emre Belezoğlu Azərbaycan yığmasının müdafiəçisindən imtina etdi

Azərbaycan yığmasının müdafiəçisi Mert Çelik növbəti mövsümü «Başakşehir»də keçirməyəcək.

İstanbul klubu müqavilə ilə ona məxsus olan 22 yaşlı arxa xətt oyunçusunun xidmətinə ehtiyac duymayıb.

Baş məşqçi Emre Belezoğlu toplanışa cəlb etdiyi millimizin üzvünün səviyyəsindən razı qalmayıb. Klub rəhbərliyi onun təqdimatı əsasında Merti yenidən icarəyə verməyi qərara alıb.

Adıçəkilən müdafiəçinin son iki mövsümü icarə əsasında «Neftçi»də keçirməsini yada salaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti