Futbolçuların sözü çəp gəldi, əlbəyaxa oldular - "Qalatasaray"da gərginlik

14 İyul 2022 00:20 Türkiyə 1 043
Futbolçuların sözü çəp gəldi, əlbəyaxa oldular -

Yeni mövsümün hazırlığını Avstriyada davam etdirən "Qalatasaray"ın məşqində gərginlik yaşanıb.

Sportinfo.az xəbər verir ki, məşq zamanı İstanbul təmsilçisinin futbolçuları Kerem Aktürkoğlu ilə Patrik van Aanholt arasında münaqişə baş verib.

Media nümayəndələri üçün açıq olan hazırlıq prosesində niderlandlı müdafiəçinin sərt müdaxiləsindən sonra Kerem yerə yıxılıb. Epizoddan sonra onlar arasında söz davası baş verib.

Daha sonra futbolçular bir-birinin üzərinə gedib. Komanda yoldaşları əlbəyaxa olan Patriklə Kərəmi ayırdıqdan sonra məşq davam edib.

Kərəm Aktürkoğlu instaqram hesabında paylaşım edərək komanda yoldaşı ilə arasında sevgi və hörmətin olduğunu, hadisənin unudulmalı olduğunu bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti