"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Uotford" klubundan ayrılan Coşua Kinqi transfer edib.
Bu barədə "sarı-lacivərtlilər"in mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu bugünlərdə İstanbula gedərək "Fənərbaxça" ilə müqavilə imzalayacaq.
Coşua Kinq son mövsümdə "Uotford"un heyətində meydana çıxdığı 33 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

