"Fənərbaxça" braziliyalı yarımmüdafiəçi ilə razılıq əldə etdi

13 İyul 2022 01:00 Türkiyə 1 020
"Fənərbaxça" braziliyalı yarımmüdafiəçi ilə razılıq əldə etdi

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Flamenqo"da çıxış edən yarımmüdafiəçi Villian Araonu transfer edib.

29 yaşlı futbolçunun keçidi ilə bağlı Braziliya klubu ilə razılıq əldə olunub. O, bu gecə İstanbula gedərək tibbi müayinədən keçəcək.

Villian Arao 2016-cı ildən "Flamenqo"da çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 34 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti