"Fənərbaxça"da ayrılıq gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Mesut Özillə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
Bu barədə "NTV Spor" məlumat yayıb.
Mesut Özil "Fənərbaxça" rəhbərliyinin qərarı ilə mart ayında əsas komandadan uzaqlaşdırılmışdı. 34 yaşlı yaımmüdafiəçi "sarı-lacivərtlilər"in yeni mövsüm üçün hazırlıq prosesində iştirak etmir.

