"Qalatasaray" 11 milyona satdığı müdafiəçini qaytarır

11 İyul 2022 01:40 Türkiyə 1 836
"Qalatasaray" 11 milyona satdığı müdafiəçini qaytarır

Markaonu "Sevilya"ya satan "Qalatasaray" müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas transfer hədəfə "Şalke"də çıxış edən Ozan Kabakdır.

"Cim bom" Bundesliqa təmsilçisinin heyətdə düşmədiyi türkiyəli mərkəz müdafiəçisi üçün klub ilə danışıqlara başlayacaq.

"Qalatasarat" Türkiyə millisinin üzvünü satınalma maddəsi ilə 1 illik icarəyə götürmək istəyir.

Ozan Kabak 2019-cu ilin yanvar ayında 11 milyon avro qarşılığında "Qalatasaray"dan "Ştutqart"a transfer olmuşdu. O, daha sonra 15 milyon avroya "Şalke"yə transfer olub.

22 yaşlı futbolçu son mövsümün ikinci yarısını "Norviç Siti"də keçirib. Müdafiəçi Premyer Liqa klubunun heyətində 13 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!