Keçmiş "Qalatasaray"lı hücumçu Türkiyədə bu kluba keçdi

11 İyul 2022 00:10 Türkiyə 1 152
Keçmiş "Qalatasaray"lı hücumçu Türkiyədə bu kluba keçdi

"Adana Demirspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "mavi şimşəklər" "Olimpiakos"dan Henri Onyekurunu transfer edib.

Bu barədə Super Liqa klubunun prezidenti Murat Sancak məlumat verib.

25 yaşlı vinger icarə əsasında 2022/2023 mövsümünü "Adana Demirspor"da keçirəcək. Nigeriyalı futbolçunun müqaviləsində məcburi satınalma maddəsi olacaq.

Henri Onyekuru 2018/2019, 2020 və 2021-ci illərdə "Qalatasaray"da çıxış edib. O, son mövsümdə "Olimpiakos"un heyətində meydana çıxdığı 27 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti