Daha bir türkiyəli futbolçu transfer etdi - Niderland klubu

10 İyul 2022 00:20 Türkiyə 1 177
Daha bir türkiyəli futbolçu transfer etdi - Niderland klubu

Türkiyəli yarımmüdafiəçi Doğan Ərdoğan “Qaziantep”dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderlandın “Fortuna” (Sittard) klubuna transfer olunub.

Bu barədə onun yeni klubu məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıb.

Bu, “Fortuna”nın yeni mövsüm öncəsi heyətinə qatdığı ikinci türk futbolçudur. Sittard təmsilçisi bir müddət öncə Fransanın “Lill” klubundan ayrılan Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmazla da müqavilə bağlamışdı.

Ərdoğan 2021-ci ilin yayında “Qaziantep”ə transfer olunmuşdu. O, bu komandanın heyətində 31 rəsmi matça çıxıb.

Yeri gəlmişkən, “Qaziantep” də heyətinə yeni futbolçu cəlb edib. Super Liqa təmsilçisi serbiyalı yarımmüdafiəçi Marko Yevtoviçlə güclənib.

Serbiyanın “Partizan” klubundan transfer olunmuş 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!