35 yaşında karyerasını bərpa etdi, II Liqa klubu ilə birillik müqavilə bağladı

9 İyul 2022 01:30 Türkiyə 880
35 yaşında karyerasını bərpa etdi, II Liqa klubu ilə birillik müqavilə bağladı

Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan Olcay Şahan yenidən futbola qayıdıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Türkiyə 2-ci Liqasında mübarizə aparan "Afjet Ajyonspor"a transfer olunub.

Təcrübəli futbolçu klubla 1 illik müqavilə imzalayıb.

"Düsseldorf"un yetirməsi olan Olcay Şahan Türkiyədə "Beşiktaş", "Trabzonspor", "Denizlispor" kimi klublarda oynayıb. Türkiyə millisinin sabiq üzvü son olaraq "Yeni Malatyaspor"da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti