"Qalatasaray"dan 3 milyonluq razılıq – Portuqaliyalı ilə

7 İyul 2022 15:40 Türkiyə 871
"Qalatasaray"dan 3 milyonluq razılıq – Portuqaliyalı ilə

"Qalatasaray" üçüncü transferini reallaşdırmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Portu"nun yarımmüdafiəçisi Serjio Oliveyronun keçidini bitirmək üzrədir.

"Sarı-qırmızılar" 30 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib. Oyunçunun klubu da "Qalatasaray"ın təklifini qəbul edib.

"Qalatasaray" təcrübəli yarımmüdafiəçi üçün onun müqavilə ilə məxsus olduğu Portuqaliya klubuna 3 milyon avro təzminat ödəyəcək.

4 illik müqavilə imzalayacaq Oliveryo isə ilinə 2,5 milyon avro qazanacaq.

Sergio Oliveyro son mövsümünün ikinci yarısını icarə əsasında "Roma"da keçirib.

Portuqaliya millisinin üzvü İtaliya klubunun heyətində meydana çıxdığı 22 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti