Türkiyə nəhəngi braziliyalı legionerlə yolları ayırdı

2 İyul 2022 21:40 Türkiyə 1 063
Türkiyə nəhəngi braziliyalı legionerlə yolları ayırdı

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Aleks Teyşeyra ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Alkes Teyşeyra "Beşiktaş"a 2021-ci ilin yayında transfer olunmuşdu. 32 yaşlı futbolçu "qara qartallar"ın heyətində meydana çıxdığı 31 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Dekabr 20:00 Çək və bizə göndər!