"Qalatasaray"dan 4 illik sözləşmə və illik 2,5 milyon avro tələb erdi

20 İyun 2022 00:10 Türkiyə 627
"Qalatasaray"dan 4 illik sözləşmə və illik 2,5 milyon avro tələb erdi

"Qalatasaray"ın heyətinə qatmaq istədiyi belçikalı futbolçunun şərtləri məlum olub.

Sportinfo.az xəbər verir ki, İstanbul klubu "Lion"la müqaviləsi sona çatan Jayson Denayeri transfer etməkdə israrlıdır.

Bu barədə "Milliyət" nəşri məlumat yayıb. Belçika millisinin üzvü onu transfer etmək istəyən "cim-bom"dan 4 illik sözləşmə və illik 2,5 milyon avro maaş tələb edir.

"Sarı-qırmızılar" müdafiəçi ilə danışıqları davam etdirir.

26 yaşlı oyunçu daha əvvəl "Qalatasaray"da (2015-2016, 2017-2018) icarə əsasında çıxış edib. Təcrübəli futbolçu 2018-ci ildən çıxış etdiyi Lion təmsilçisində 139 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti