Komanda yoldaşını döydü, qaldığı otelin qapı və pəncərələrini sındırdı

14 May 2022 18:20 Türkiyə 948
Komanda yoldaşını döydü, qaldığı otelin qapı və pəncərələrini sındırdı

"Adana Demirspor"da çıxış edən Mario Balotelli qalmaqala səbəb olub.

Sportinfo.az xəbər verir ki, italiyalı hücumçu komanda yoldaşı Yunus Akgünü döyüb

. Yerli mətbuatın yazdığına görə, üzü qan içində olan 21 yaşlı futbolçunu komanda yoldaşları Balotellinin əlindən çətinliklə ala biliblər.

Bundan əlavə 32 yaşlı forvard 20 gün əvvəl Adanada qaldığı otelin qapı və pəncərələrini sındırıb.

"Adana Demirspor" rəhbərliyi intizamsız davranışlarına görə Balotellini komandadan göndərməyi planlaşdırır. Təcrübəli futbolçunun 2024-cü ilin yayınadək klubla müqaviləsi olmasına rəğmən, onunla yollar ayrılacaq.

Mario Balotelli "Adana Demirspor"a ötən ilin yayında keçib. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 matçda 13 qol və 6 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti