Namiq "Gənclərbirliyi"nə qarşı necə oynadı? - VİDEO

20 Aprel 2022 00:50 Türkiyə 661
Namiq "Gənclərbirliyi"nə qarşı necə oynadı? - VİDEO

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov "Bursaspor"un heyətində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi evdə "Gənclərbirliyi"nə qarşı oynanılan I Liqanın 33-cü tur matçının iştirakçısı olub.

Start heyətində meydana daxil olan təcrübəli oyunçu 69-cu dəqiqədə İsmail Yükseklə əvəzlənib.

Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Görüşün əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Rahmetulla Berişbek ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Bu nəticədən sonra xallarını 32-yə çatdıran "Bursaspor" 18-ci pillədə qalıb. 39 xalı olan "Gənclərbirliyi" isə 12-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"