“Beşiktaş” azərbaycanlı futbolçuların seçiminə başlayır – Antalyadan AÇIQLAMA

13 Aprel 2022 20:40 Türkiyə 959
“Beşiktaş” azərbaycanlı futbolçuların seçiminə başlayır – Antalyadan AÇIQLAMA

“Antalyaya dünən gəlmişik. Allahın köməkliyi ilə sabah və birisigün seçimlər üçün iki günük toplanış olacaq”.

Bu sözləri bu ilin əvvəlində futbolçu karyerasını başa vurub, “Beşiktaş Azərbaycan” futbol mətkəbində məşqçiliyə başlayan Nicat Qurbanov Sportinfo.az-a açıqlamasında deyib.

Türkiyəyə səfər etməkdə məqsəd azərbaycanlı futbolçuların nəyə qadir olduqlarını türkiyəli hocalara göstərmək və yaxın gələcəkdə onların “Beşiktaş”ın Futbol Akademiyasında təcrübə toplamasına şərait yaratmaqdır.

Daha ətraflı Qurbanovun dilindən eşidək:

“Bura 2007-2013-cü il doğumlu uşaqlardan təşkil olunmuş 4 yaş qrupu ilə gəlmişik. İnşallah, aprelin 13-də və 14-də seçimlər olacaq.

“Beşiktaş”ın məşqçiləri seleksiya xarakterli toplanışda kimin nəyə qadir olduğunu canlı izləyəcək.

Özünü yaxşı tərəfdən göstərən futbolçular mayda “Beşiktaş”a dəvət olunacaq. Skautlar da artıq buradadır.

Bir müddətdən sonra növbəti seçimlər olacaq. Növbəti dəfə ümidləri doğruldanlar “Beşiktaş”ın İstanbuldakı Futbol Akademiyasında qalacaq”.

Nicat Qurbanov bu cür toplanışın bir neçə il əvvəl də təşkil olunduğunu, istedadlı uşaqların seçildiyini, lakin koronavirus pandemiyası səbəbindən onların İstanbula yollanmasının mümkün olmadığını sözlərinə əlavə edib.

Budəfəki toplanışda ölkə xaricindən yalnız “Beşiktaş Azərbaycan”ın yetirmələri iştirak edir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti