“Fənərbağça” İstanbul derbisinin qalibi oldu - VİDEO

11 Aprel 2022 00:40 Türkiyə 827
“Fənərbağça” İstanbul derbisinin qalibi oldu - VİDEO

Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.

Sportinfo.az xəbər verir ki, XXXII tura təsadüf edən prinsipial oyunda “Fənərbağça” öz meydanında “Qalatasaray”la qarşılaşıb.

Matç “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərindən heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar.

Bu qələbədən sonra xallarını 59-a çatdıran “Fənərbağça” 2-ci pilləyə yüksəlib. “Qalatasaray” isə 41 xalla 14-cü pilləyə geriləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti