İki bəxtsizin dueli: Türkiyə İtaliyaya uduzdu - VİDEO

30 Mart 2022 01:00 Türkiyə 590
İki bəxtsizin dueli: Türkiyə İtaliyaya uduzdu - VİDEO

Türkiyə millisi yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, "ay-ulduzlular" evdə İtaliya yığmasını qəbul edib.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 3-cü dəqiqədə meydan sahibləri açıblar.

Cengiz Ünder 4-cü dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Brian Kristante tarazlığı bərpa edib.

Cəmi 4 dəqiqə sonra Cakomo Raspadori 2-ci topu Türkiyə millisinin qapısından keçirib. 22 yaşlı hücumçu 69-cu dəqiqədə dubl edib.

Görüşdə son nöqtəni isə Serdar Dursun qoyub. "Fənərbağça"nın forvardı 83-cü dəqiqədə Çağlar Söyüncünün ötürməsini qola çevirib.

Türkiyə və İtaliya pley-off mərhələsində müvafiq olaraq Portuqaliya və Şimali İrlandiyaya uduzaraq, DÇ-2022-dən kənarda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti