"Qalatasaray" rumıniyalı legionerini 8 milyona satır

27 Mart 2022 10:20 Türkiyə 678
"Qalatasaray" rumıniyalı legionerini 8 milyona satır

Aleksandru Çikaldau mövsümün sonunda "Qalatasaray"ı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, İstanbul klubu rumıniyalı oyunçunun satışı ilə bağlı "Sampdoriya" ilə razılığa gəlib.

Genuya təmsilçisi bu keçid üçün "sarı-qırmızılılar"a 8 milyon avro ödəyəcək. Keçid "Sampdoriya" İtaliya A Seriyasında qalacağı təqdirdə reallaşacaq.

Aleksandru Çikaldau "Qalatasaray"a mövsümün əvvəlində Rumıniyanın "Krayova" klubundan keçib.

24 yaşlı yarımmüdafiəçi "cim bom"un heyətində meydana çıxdığı 37 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!