Abramoviç Türkiyədə hansı klubu almaq istəyir?

26 Mart 2022 12:00 Türkiyə 1 390
Abramoviç Türkiyədə hansı klubu almaq istəyir?

Rusiyalı milyarder, “Çelsi”nin sahibi Roman Abramoviç Türkiyədə futbol klubunu almaq fikrində deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə Abramoviçin nümayəndəsi məlumat verib.

Türkiyənin “Fanatik” qəzeti martın 23-də yazıb ki, “Göztəpə” klubunun sahibi Mehmet Sepil komandanı satmaq üçün Abramoviçin nümayəndələri ilə danışıqlar aparır.

Sepil “Göztəpə”ni 2014-cü ildə, 7,5 milyon dollara alıb. Sepil daha əvvəl Türkiyə çempionatındakı uğursuz çıxışına görə klub prezidentliyindən getdiyini açıqlamışdı.

“Göztəpə” Super Liqada 30 matçdan sonra 27 xalla 18-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti