“Bu nəticəyə görə heç kim utanmamalıdır, cəsarətsiz idik”

26 Mart 2022 10:00 Türkiyə 716
“Bu nəticəyə görə heç kim utanmamalıdır, cəsarətsiz idik”

“Komandamızla qürur duymalıyıq, bu nəticəyə görə Türkiyədə heç kim utanmamalıdır”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Portuqaliyaya 1:3 hesabı ilə uduzduqları dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyunu haqda deyib.

Kunts komandası ilə fəxr etdiyini bildirib: “Hesabı bərabərləşdirmək şansımız oldu. Hər şeyi mükəmməl edə bilmədik.

Mütləq öyrənməli olduğumuz şeylər var. Rəqibdən daha çox qol imkanları yaratdıq, lakin statistikalarla maraqlanmıram.

Komandamız ikinci hissədə əla oyun sərgilədi. İlk 20 dəqiqədə cəsarətsiz idik və sanki futbolçuların qələbəyə inanmadığını gördük. Portuqaliyanın ilk qolundan sonra oyandıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı