"Namiqdən həddindən artıq razıyam, yalnız 2 nəfərə görə peşmanlıq hissi keçirirəm"

23 Noyabr 2021 00:30 Türkiyə 1 336
"Namiqdən həddindən artıq razıyam, yalnız 2 nəfərə görə peşmanlıq hissi keçirirəm"

"Bursaspor"un vitse-prezidenti Emin Adanur mövsümün əvvəlində heyətə cəlb olunmuş futbolçuların çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi yerli telekanallardan birinə müsahibəsində yalnız 2 oyunçudan narazı qaldığını bildirib.

Funksioner həmin futbolçuların adlarını açıqlamayıb. Adanur aralarında Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələskərovun da yer aldığı digər transferlərin isə uğurlu olduğunu vurğulayıb:

"Komandada həddindən artıq razı qaldığım futbolçular var. Massimo Bruno, İsmail Yüksək, Namiq Ələskərov, Nikolas Salasar, Luka Tsapan, Mert Yılmaz çox yaxşı oyunçulardır.

Yalnız 2 nəfərlə bağlı peşmanlıq hissi keçirirəm. Onların adını isə deməyim düzgün olmaz".

Namiq Ələskərov I liqa təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti