“Qarabağ”dan gedən legioner sosial şəbəkədə təhqir yazdı və…

21 Noyabr 2021 13:00 Türkiyə 2 022
“Qarabağ”dan gedən legioner sosial şəbəkədə təhqir yazdı və…

Sportinfo.az xəbər verir ki, müqavilə ilə “Qarabağ”a məxsus olan, icarə əsasında Türkiyədə - “Ankaragücü”də çıxış edən Kvabena Ovusu cəzalandırılıb.

Qanalı hücumçu Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən sosial şəbəkə hesabında rəqib komandanın oyunçusunu təhqir etdiyi üçün 2 oyunluq diskvalifikasiya olunub.

Afrikalı legioner eyni zamanda 13 min türk lirəsi (2 min 34 manat) məbləğində cərimələnib.

Ovusu bu mövsüm “Ankaragücü” ilə 7 oyunda 4 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti