Bu gün "Qalatasaray" - "Fənərbağça" derbisi olacaq

21 Noyabr 2021 10:20 Türkiyə 466
Bu gün "Qalatasaray" - "Fənərbağça" derbisi olacaq

Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşəcək.

Sportinfo.az xəbər verir ki, "Qalatasaray" və "Fənərbağça" arasında oynanılacaq prinsipial qarşılaşma ölkə çempionatının XIII turuna təsadüf edəcək.

"NEF Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Halil Umut Meler idarə edəcək.

İki kollektiv indiyədək Superliqada 128 dəfə üz-üzə gəlib. Bunların 35-də meydan sahibləri, 50-də isə qonaqlar qələbə qazanıblar.

43 qarşılaşma heç-heçə başa çatıb. Qolların nisbətində də "sarı-lacivərdlilər"in aşkar üstünlüyü var - 158:123.

Derbi öncəsi "Qalatasaray"ın heyətində 2 itki var. Arda Turan və Saşa Buy vacib görüşü buraxacaq. "Fənərbağça"da isə Altay Bayındır, Enner Valensia ve Luis Qustavo zədə səbəbindən oynamayacaq.

Hazırda "Qalatasaray" 21 xalla 6-cı, rəqibindən 1 xal az toplayan "Fənərbağça" isə 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"