“Axır ki, mən də rəqib qapısına yol tapdım”

20 Noyabr 2021 01:50 Türkiyə 569
“Axır ki, mən də rəqib qapısına yol tapdım”

Türkiyə millisinin üzvü Merih Demiral DÇ-2022-nin seçmə mərhələsində Cəbəllütariqi məğlub etdikləri oyundan sonra (6:0) fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi turnirin əsas mərhələsinə vəsiqə qazanacaqlarına inandığını deyib:

“Çox xoşbəxtik. İlk qolumu vurdum, Norveç də Latviya ilə heç-heçə etdi. Dünya çempionatına gedəcəyimizə inanırıq.

Axır ki, mən də rəqib qapısına yol tapdım. Bütün düşüncəmiz qol vurmaq idi. Rəqib azlıqda qalandan sonra daha rahat oynadıq.

Dünya çempionatına getmək istəyirik. Layiqli bir qələbə qazandıq. Qrupu ən yaxşı sırada bitirib, inşallah, dünya çempionatına gedəcəyik”.

Türkiyə yığması G qrupunda 18 xalla 2-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti