Azərbaycan yığmasının futbolçusunun qardaşı Türkiyəni "pley-off"a apardı - VİDEO

17 Noyabr 2021 02:00 Türkiyə 7 541
Azərbaycan yığmasının futbolçusunun qardaşı Türkiyəni "pley-off"a apardı - VİDEO

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, gecənin ən maraqlı oyunları G qrupunda olub.

20 xalla qrupa başçılıq edən Niderland evdə Norveçi sınağa çəkib. Digər önəmli matçda isə Türkiyə səfərdə Monteneqro ilə qarşılaşıb.

Vacib oyunlar öncəsi “narıncılar”ın dünya çempionatına birbaşa vəsiqə qazanmaq şansı daha böyük idi. Lui Van Qalın baş məşqçi olduğu komanda heç-heçə sayəsində də bunu bacara bilərdi.

18 xala malik Türkiyə və Norveçin də qrupu birinci pillədə bitirmək şansları vardı. Bunun üçün hər iki kollektiv meydanı qələbə ilə tərk etməliydi.

Bundan sonra isə komandalar arasında top fərqinə baxılacaqdı. Amma yekunda Niderland doğma meydandakı qələbə sayəsində qrup lideri olub və mundiala birbaşa vəsiqə qazanıb.

Türkiyə isə əzmkar qələbə qazanmaqla, qrup ikincisi olub və pley-offda oynamaq şansı qazanıb

Matçda hesabı meydan sahibləri açsalar da, 22-ci dəqiqədə Kerem Aktürkoğlu, 60-cı dəqiqədə isə Orkun Kökçü fərqlənərək, qonaqları sevindirib.

Sonuncunun gənclər yığmamızın keçmiş yarımmüdafiəçisi Özan Can Kökçünün kiçik qardaşı olmasını xatırladaq.

Monteneqro - Türkiyə - 1:2

Qollar: Fatos Beçiray, 4 - Kerem Aktürkoğlu, 22, Orkun Kökçü, 60

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti