"Qalatasaray" yaxşı tanıdığı hücumçuya göz dikib

14 Noyabr 2021 18:40 Türkiyə 812
"Qalatasaray" yaxşı tanıdığı hücumçuya göz dikib

"Qalatasaray" qış fasiləsində hücum xəttini gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Mustafa Məhəmməd və Mbaye Diandan istədiyi peformansı ala bilməyən İstanbul təmsilçisi "Əl Nəsr"in hücumçusu Vinsent Abubakara göz dikib.

Səudiyyə Ərəbistanı təmsilçisi hazırda maliyyə problemləri yaşayır və Asiya Çempionlar Liqasından da uzaqlaşdırılıb. Ərəb jurnalist Xalid Əbdüləzizin məlumatına əsasən, kamerunlu forvard komandadan ayrılmaq istəyir.

Abubakarın "Qalatasaray"a keçidinin qış fasiləsində baş tutacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti