Türkiyə yığmasından Cəbəllütariqə 6 qol - VİDEO

14 Noyabr 2021 00:14 Türkiyə 506
Türkiyə yığmasından Cəbəllütariqə 6 qol - VİDEO

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun daha 2 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, G qrupunda Türkiyə yığması İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda Cəbəllütariqi qəbul edib.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Hesabı 11-ci dəqiqədə Kerem Aktürkoğlu açıb.

22-ci dəqiqədə Cəbəllütariq yığması Ceys Maskarenyas-Oliveronun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb.

"Ay-ulduzlular" qalan bölümdə say üstünlüyündən layiqincə yararlanıblar. Halil Dervişoğlu 38 və 41-ci dəqiqələrdə fərqlənərək, dubl edib.

İkinci hissədə meydan sahibləri daha 3 qol vurub. Merih Demiral 65-ci, Serdar Dursun 81-ci, Mert Müldür 84-cü dəqiqədə fərqlənməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti