Təyinatından 24 saat sonra iş yerindən ayrıldı - Türkiyə yığmasının məşqçisi

13 Noyabr 2021 00:28 Türkiyə 748
Təyinatından 24 saat sonra iş yerindən ayrıldı - Türkiyə yığmasının məşqçisi

Türkiyə millisinə köməkçi məşqçi kimi cəlb olunan Tuğberk Tanrıvermiş cəmi 24 saat sonra vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı mütəxəssis yığmanın almaniyalı baş məşqçisi Ştefan Kuntsun açıqlamasından sonra bu addımı atıb.

Kunts Tanrıvermişi 2 oyunluq götürdüklərini bildirib. Gənc məşqçi bu sözlərdən narahat olub. O, millidə cəmi bir sutka qaldıqdan sonra təlim-məşq düşərgəsindən ayrılıb.

Tuğberk Tanrıvermiş Türkiyədə "Qalatasaray"ın aşağı yaş qruplarından ibarət komandalarında çalışıb. O, 2017/2018 mövsümündə İqor Tudor və Fatih Terimin köməkçisi olub.

Daha sonra "Roma"nın U-15 komandasının sükanı arxasına keçərək, komandanı çempion edib. Ardında isə o, "Spetsiya"nın U-19 komandasına üz tutub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"