"Dostlar hansı klubla danışıqlar apardığımı soruşur, mən gizlicə heç kiminlə görüşməmişəm"

10 Noyabr 2021 00:00 Türkiyə 596
"Dostlar hansı klubla danışıqlar apardığımı soruşur, mən gizlicə heç kiminlə görüşməmişəm"

Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Güneş "Fənərbağça"nın sükanı arxasına keçəcəyinə dair xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 69 yaşlı mütəxəssis "GazetaKuzey"ə açıqlamasında son zaman hətta oyunları belə izləmədiyini vurğulayıb.

O, boynundakı yüngül ağrıların müalicəsi ilə məşğul olduğunu söyləyib:

"Xəstəxanaya gedir, həkimlərin məsləhətləri əsasında müalicəmi davam etdirirəm. Eyni zamanda evdə istirahət edirəm, arabir gəzişirəm.

Dostlarım hansısa klubla danışıqlar apardığımı soruşurlar. Mən gizlicə heç kiminlə görüşməmişəm. Danışacağım mövzu da yoxdur.

Hazırkı mərhələdə dincəlməkdən başqa bir şeyi düşünmürəm. Bütün komandalarımıza uğurlar arzulayıram".

"Fənərbağça"da baş məşqçi Vitor Pereyranın baş məşqçi postundan istefaya göndəriləcəyi, klub prezidenti Ali Koçun Şenol Güneşlə danışıqlar aparacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti