Namiqin istədiyi oldu - Türkiyədə Azərbaycan duelindən VİDEO+FOTOREPORTAJ

2 Noyabr 2021 13:40 Türkiyə 1 269
Namiqin istədiyi oldu - Türkiyədə Azərbaycan duelindən VİDEO+FOTOREPORTAJ

Türkiyə I liqasının XI turunda Azərbaycan dueli baş tutub.

Sportinfo.az xəbər verir ki, Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü"nü qəbul edib.

Bursa Atatürk Stadionunda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin hər iki futbolçusu meydana start heyətində çıxıb.

53-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılan İsgəndərli 74-cü dəqiqədə Talha Yünkuşla əvəzlənib. Ondan 1 dəqiqə öncə isə Ələskərovun yerinə meydana Elton Akolatse daxil olub.

Bu qələbədən sonra xallarını 14-ə çatdıran "Bursaspor" 7-ci pilləyə yüksəlib. 7 xalı olan "Keçiörengücü" isə 19 komanda arasında 18-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti