HAMİ EKRAN BAŞINA! – Türkiyədə elə bir oyun olacaq ki...

30 Oktyabr 2021 22:20 Türkiyə 1 556
HAMİ EKRAN BAŞINA! – Türkiyədə elə bir oyun olacaq ki...

Noyabrın, eləcə də, növbəti həftənin ilk günü Türkiyədə azərbaycanlı futbolçuların qarşıdurması baş tutacaq.

Birinci Liqanın 11-ci turu çərçivəsində “Bursaspor” “Ankara Keçiörengücü”nü qəbul edəcək.

Bursalıların heyətində millimizin üzvü Namiq Ələsgərov çıxış edirsə, paytaxt təmsilçisinin “11-liy”ində Vüsal İsgəndərlini görmək mümkündür.

Turnir cədvəlindəki intriqa baxımından oyunun əhəmiyyəti öz yerində. Lakin iki azərbaycanlını qardaş ölkədə rəqib qismində görməyin öz ləzzəti var.

Hər iki futbolçu ötən mövsüm Azərbaycan Premyer Liqasında top qovurdu. Birinci “Neftçi”də, ikinci “Keşlə”də. Namiq hətta 19 qolla çempionatımın bombardiri olmuşdu.

“Bursaspor” 9 oyundan sonra topladığı 11 xalla 11-ci pillədə qərarlaşıb. 9 oyuna 7 xal yığan “Ankara Keçiörengücü” isə 19 komanda arasında 18-cidir.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı