"Qalatasaray" penaltini qaçırdı, "Beşiktaş" derbini qazandı - VİDEO

26 Oktyabr 2021 00:00 Türkiyə 500
"Qalatasaray" penaltini qaçırdı, "Beşiktaş" derbini qazandı - VİDEO

Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi keçirilib

Sportinfo.az xəbər verir ki, X tura təsadüf edən matçda "Beşiktaş" "Qalatasaray"ı qəbul edib.

"Vodofon Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açıblar. "Sarı-qırmızılar"ın heyətində 35-ci dəqiqədə Aleksandru Cikıldau fərqlənib. "Qara qartallar"ın hər 2 qolunu isə Kayl Larin vurub.

Kanadalı hücumçu 39-cu və 64-cü dəqiqələrdə rəqib qapısına yol tapıb. 81-ci dəqiqədə "Cim-Bom"un heyətində Mustafa Məhəmməd penaltidən yararlana bilməyib.

Bu qələbədən sonra xallarını 20-yə çatdıran "Beşiktaş" 3-cü pilləyə yüksəlib. "Qalatasaray" isə 17 xalla 8-ci sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda