Namiqin “Bursaspor”da “siftə”si – VİDEO+FOTOREPORTAJ

24 Oktyabr 2021 20:00 Türkiyə 1 122
Namiqin “Bursaspor”da “siftə”si – VİDEO+FOTOREPORTAJ

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov “Bursaspor”un heyətində “siftə” edib.

26 yaşlı hücumçu yayda keçdiyi komandanın heyətində ilk qolunu vurub.

Sportinfo.az xəbər verir ki, bu, Türkiyə TFF I Liqasının X turunda autsayder “Balıkesirspor”la səfər matçına təsadüf edib.

Start heyətində meydana daxil olan Ələskərov 29-cu dəqiqədə hesabı açıb. Bursalılar matçın sonuna yaxın daha bir qol vuraraq, 2:0 hesablı qələbə qazanıb. Həmyerlimiz 88-ci dəqiqədə əvəzlənib.

Qələbə sayəsində xal ehtiyatını 11-ə çatdıran “Bursaspor” turnir cədvəlində 10-cu yerə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!