“Qalatasaray”ın hücumçusu “Latsio”ya transfer olur?

23 Oktyabr 2021 22:00 Türkiyə 1 201
“Qalatasaray”ın hücumçusu “Latsio”ya transfer olur?

Son 2 ildə yüksəlişdə olan “Qalatasaray”ın futbolçusu Kərəm Aktürkoğlu artıq Avropa klublarının transfer siyahısında yer almağa başlayıb.

Sportal.az xəbər verir ki, İstanbul klubunun aparıcı üzvünə çevrilən 23 yaşlı futbolçuya hazırda ən real təklif “Latsio”dan gəlib.

Belə ki, İtaliya klubu yarımmüdafiəçi üçün “Qalatasaray”a müraciət edib. "Latsio" Kərəm üçün 4 milyon avrosundan keçməyə hazırdı.

Peşəkar karyerasına “Başakşəhir”də başlayan, amma orada rəsmi matç oynamadan yalnız aşağı liqalarda “Bodrusmpor”, “Karacəbəy Bələdiyyəspor” klublarında çıxış etmiş Kərəm “Ərzincanspor”dakı çıxışından sonra, 2020-ci ildən “Qalatasaray”da oynamağa başlayıb.

​O, millidə keçirdiyi 6 matça 1 qol vurub. Futbolçunun qışda Romaya yollanacağı ehtimal edilir.

Digər Xəbərlər
Xəbər Lenti