Namiq qol pası verdi, "Bursaspor" qazandı - VİDEO+FOTOLAR

20 Oktyabr 2021 17:50 Türkiyə 1 131
Namiq qol pası verdi, "Bursaspor" qazandı - VİDEO+FOTOLAR

Türkiyə 1-ci divizionunda 9-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Namik Ələsgərovun komandası “Bursaspor” növbəti matçına çıxıb.

Bursa təmsilçisi “Boluspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrıla bilib.

Start heyətində meydana çıxan Namiq komandasının 3:1 hesablı qələbəsində önəmli rol oynayıb. 87 dəqiqə meydanda olan millimizin üzvü 3-cü dəqiqədə komandasının ilk qolunun məhsuldar ötürməsini edib.

​“Bursaspor” 9 turdan sonra 8 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti