İstanbul klubunun baş məşqçisi oldu - Məşhur sima

6 Oktyabr 2021 01:52 Türkiyə 678
İstanbul klubunun baş məşqçisi oldu - Məşhur sima

Aykut Kocamanı istefaya göndərən Türkiyənin "Başakşəhər" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisini Emre Belözoğlu çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2023-cü ilədək müqavilə imzalanıb.

Emre Belözoğlu futbolçu karyerası ərzində 2015-2019-cu illərdə "Başakşəhər"də oynayıb. O, ötən mövsümün ikinci yarısında "Fənərbaxça"nın baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti