Namiqi heyətinə qatan “Bursaspor” niyə böhran yaşayır?

30 Sentyabr 2021 14:00 Türkiyə 743
Namiqi heyətinə qatan “Bursaspor” niyə böhran yaşayır?

Namiq Ələsgərovun formasını geyindiyi “Bursaspor” ciddi maliyyə çətinliyi ilə üzləşib.

Komandanın TFF I Liqanın cari mövsümünə uğursuz start götürməsinin əsas səbəbi bununla əlaqədardır.

“Yaşıl timsahlar“ 7 turdan sonra 5 xalla 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Klubun yeni rəhbərliyi maddi öhdəlikləri yerinə yetirmir. Ötən mövsümdən yığılıb qalan borcların böyük hissəsi hələ qaytarılmayıb.

Bu üzdən, Türkiyə Futbol Federasiyasına çoxsaylı şikayət ərizələri göndərilib. Habelə FİFA-ya oxşar məzmunlu məktublar göndərilib.

Müqaviləsi bitən və sözləşməsi davam edən futbolçuların idarəçilərdən başqqa bir narazılığı var: onlar məşqçilərin işinə qarışır, heyət seçimində fikirlərinin nəzərə alınmasını tələb edirlər.

Bursa təmsilçisi 7 həftə ərzində artıq iki çalışdırıcı ilə yollarını ayırıb. "Yaşıl timsahlar" bugünlərdə Özcan Bizatiyə tapşırılıb.

53 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. Bizati bu postda sentyabrın 19-da istefaya göndərilmiş Fatih Tekkeni əvəzləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti