Namiq Ələskərov bu şəxsə əmanət olundu

21 Sentyabr 2021 20:40 Türkiyə 647
Namiq Ələskərov bu şəxsə əmanət olundu

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun formasını geyindiyi “Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, TFF I Liqa təmsilçisi bu posta Özcan Bizatini gətirib.

Klub rəsmi saytı vasitəsilə 53 yaşlı mütəxəssislə anlaşma əldə olunduğunu açıqlayıb. Bizati “timsah”la 1+1 illik müqaviləyə qol çəkib.

Dünən Tamer Tuna ilə danışıq aparan bursalılar seçimi Bizatinin xeyrinə edib.

“Bursaspor” 6 turdan sonra 5 xalla 15-ci pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti